30 sentyabr 2026. Çərşənbə

Ronaldo istirahət edəcək


Ronaldo istirahət edəcək

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 9-cu turunda "Leççe" ilə oyunu buraxacaq.

Corner.az-ın İtaliya mətbuatına istinadən xəbərinə görə, Turin klubunun baş məşqçisi Maurisio Sarri portuqaliyalı hücumçuya istirahət vermək qərarına gəlib. Bu səbəbdən o, sözügedən matç üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, "Leççe" - "Yuventus" görüşü sabah keçiriləcək.(qol)







İtaliya S.A.