- İtaliya S.A.
- 22:42 12.10.2026
İtaliya çempionatının VI turunda “Atalanta” doğma meydanda “Venesia” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Atalanta” ilk hissədə vurduğu üç qolla qələbənin əsasını qoyub.
Matçın dördüncü dəqiqəsində Frank Kessie hesabı açıb. Cəmi üç dəqiqə sonra Nikola Krstoviç fərqi iki topa çatdırıb. 31-ci dəqiqədə isə hücumçu dubl edərək hesabı 3:0-a çatdırıb.
Qonaqlar ilk hissənin sonlarına yaxın fərqi azaltmağa nail olublar. 37-ci dəqiqədə Antuan Eno “Venesia”nın qollardan birinin əvəzini çıxıb.
İkinci hissədə komandalar fərqlənə bilməyiblər və qarşılaşma “Atalanta”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.