16 oktyabr 2026. Cümə

“Özümü qorumaq üçün iki tapança gəzdirirdim”


 “Özümü qorumaq üçün iki tapança gəzdirirdim”

“Latsio” yenidən diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, bu dəfə müzakirələr transferlər, komandanın nəticələri və ya taktiki qərarlarla deyil, klub prezidenti Klaudio Lotitonun açıqlamaları ilə bağlıdır. Klub rəhbəri hüquq-mühafizə orqanlarının nümayəndələrinə uzun illər təhdidlərə məruz qaldığını bildirib. Funksioner hətta əhlükəsizliyini təmin etmək üçün hətta özü ilə iki tapança gəzdirməyə başlayıb.

“Uzun müddət silahlı gəzirdim. Tapançalardan biri öndə, digəri isə arxada olurdu. Biri avtomatik tapança, digəri isə “Smith & Wesson” idi. Bir dəfə bu, hətta işimə yaradı və həyatımı xilas etdi. Gündə minlərlə təhdid zəngi alıram. Bu, zarafat deyil. Mən qəddar rəftarın əleyhinəyəm, həyatda isə mübariz insanam. Heç vaxt məğlub edilmiş və kənara atılmış biri olmamışam”, – deyə Lotitonun sözlərini “derbyderbyderby.it” nəşri sitat gətirib.

Bütün bunlara baxmayaraq, “Latsio” yeni mövsümə uğurlu start verib.







İtaliya S.A.

“Qırmızı vərəqə oyunu korladı”
  • İtaliya S.A.
  • 19:59 11.10.2026
“Qırmızı vərəqə oyunu korladı”