17 oktyabr 2026. Şənbə

“Milan” Alfadjo Sissenin maaşını artırmağı planlaşdırır


“Milan” Alfadjo Sissenin maaşını artırmağı planlaşdırır

İtaliyanın “Milan” klubu hücumçusu Alfadjo Sisseyə uğurlu çıxışından sonra daha yaxşı şərtlərlə yeni müqavilə təklif etməyi planlaşdırır.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən məlumatına görə, hücumçunun hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Onun illik maaşı 800 min avrodur.

“Milan” yeni müqavilə ilə bağlı danışıqları 2026-cı ilin sonunadək yekunlaşdırmaq istəyir. Futbolçunun nümayəndələri ilə müzakirələrin gələn həftə başlanacağı gözlənilir.

19 yaşlı futbolçu Avropa Liqasının əsas mərhələsinin ikinci turunda “Red Bull Zalsburq”la görüşdə het-trik edib. “Milan”ın 4:0 hesablı qələbəsi ilə başa çatan matçda Sisse görüşün ən yaxşı oyunçusu seçilib. O, Avropanın əsas klub turnirlərində het-trik edən ən gənc italiyalı futbolçu olub.

Qeyd edək ki, “Milan” 2026-cı ilin yanvarında Sisseni “Verona”dan transfer edib. Hücumçu mövsümün sonunadək icarə əsasında “Katandzarо”da çıxış edib. Cari mövsümdə isə “Milan”ın heyətində ilk 7 matçda 5 qol vurub.

 

 







İtaliya S.A.

“Qırmızı vərəqə oyunu korladı”
  • İtaliya S.A.
  • 19:59 11.10.2026
“Qırmızı vərəqə oyunu korladı”