- İtaliya S.A.
- 23:52 17.10.2026
İtaliya A Seriyasının VII turunda “İnter” səfərdə “Bolonya”nı 3:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Bolonyadakı “Renato Dall’Ara” stadionunda keçirilən görüşdə hesabı 10-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Tommazo Pobega açıb. İlk hissənin 44-cü dəqiqəsində Markus Türam bərabərlik qolunu vurub.
İkinci hissədə üstünlüyü ələ alan “İnter” 69-cu dəqiqədə Karlos Auqustonun qolu ilə hesabda önə keçib. Anj-Yoan Bonni isə 83-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib – 3:1.
Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran “İnter” A Seriyasının turnir cədvəlinə başçılıq edir. Beş xalı olan “Bolonya” isə 14-cü pillədə qərarlaşıb.