- İtaliya S.A.
- 21:06 18.10.2026
İtaliya A Seriyasının VII turunda “Komo” səfərdə “Fiorentina”ya 3:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qonaqlar 32-ci dəqiqədə Mattia Liberali ilə hesabı açıblar. Cəmi dörd dəqiqə sonra Nikolas Pas fərqi iki topa çatdırıb.
“Fiorentina” ilk hissənin son dəqiqəsində Marin Ponqraçiçin qolu ilə fərqi azaltsa da, ikinci hissədə “Komo” yenidən üstünlüyünü artırıb. Anastassios Duvikas 57-ci dəqiqədə fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.