18 oktyabr 2026. Bazar günü

“Napoli”də Alleqrinin gələcəyi sual altındadır


“Napoli”də Alleqrinin gələcəyi sual altındadır

“Napoli” mövsümün ilk doqquz oyununda bütün turnirlər nəzərə alınmaqla beşinci məğlubiyyətini alıb.

90deqiqe.Az-ın “Gazzetta dello Sport"a istinadən məlumatına görə, Neapol təmsilçisi son 20 ildə belə uğursuz nəticə ilə üzləşməyib. Bu vəziyyət baş məşqçi Massimiliano Alleqrinin gələcəyini sual altına salıb.

 “Venesia” ilə məğlubiyyətlə başa çatan oyunda Alleqrinin heyətlə bağlı bəzi qərarları klub prezidenti Aurelio De Laurentisi təəccübləndirib.

Vəziyyətin daha da pisləşəcəyi təqdirdə, Alleqrinin mümkün əvəzləyiciləri arasında İqor Tudor və Tyaqo Mottanın adları nəzərdən keçirilir. Türkiyə millisi ilə əməkdaşlığını başa vuran Vinçentso Montella da namizədlər sırasına daxil edilib.







İtaliya S.A.

“Roma” “Cenoa”nı məğlub etdi
  • İtaliya S.A.
  • 01:00 18.10.2026
“Roma” “Cenoa”nı məğlub etdi