19 oktyabr 2026. Bazar ertəsi

“Latsio” səfərdə “Yuventus”u darmadağın etdi


“Latsio” səfərdə “Yuventus”u darmadağın etdi

İtaliya A Seriyasının 2026/2027 mövsümünün VII turunda “Latsio” səfərdə “Yuventus”u 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Turindəki “Alyans” stadionunda keçirilən görüşü Davide Massa idarə edib.

Matçın 24-cü dəqiqəsində “Yuventus”un hücumçusu Randal Kolo Muani fərqlənsə də, qol ofsayd səbəbindən qeydə alınmayıb. 37-ci dəqiqədə Oliver Nilsen “Latsio”nu hesabda önə çıxarıb.

Qonaqlar ikinci hissədə daha iki qol vurublar. 66-cı dəqiqədə Qustav İsaksen fərqi artırıb, 89-cu dəqiqədə isə Fisayo Dele-Başiru oyunda son nöqtəni qoyub.

Beləliklə, Cennaro Qattuzonun rəhbərlik etdiyi “Latsio” A Seriyasında keçirdiyi yeddi oyunda altı qələbə və bir heç-heçə əldə edib. Paytaxt təmsilçisi 19 xalla lider “İnter”ə çatıb.

“Yuventus” isə 11 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.







İtaliya S.A.

“Roma” “Cenoa”nı məğlub etdi
  • İtaliya S.A.
  • 01:00 18.10.2026
“Roma” “Cenoa”nı məğlub etdi