24 oktyabr 2026. Şənbə

“Yuventus”da ciddi itkilər - İki futbolçu sıradan çıxdı


“Yuventus”da ciddi itkilər  - İki futbolçu sıradan çıxdı

İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçi Nikolas Qonsales və müdafiəçi Zeki Çelikin zədələndiyini açıqlayıb.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki futbolçu UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda “Renn”lə keçirilən və 2:2 hesabı ilə başa çatan matçda əzələ zədəsi alıb.

Görüşün 5-ci dəqiqəsində hesabı açan Zeki Çelikin sol budunun arxa nahiyəsində yüngül əzələ dartılması aşkarlanıb. Nikolas Qonsales isə sağ ayağının baldır nahiyəsində yerləşən kamışabənzər əzələni zədələyib.

Klub hər iki futbolçunun artıq bərpa proqramına başladığını bildirib. Onların yaşıl meydanlara qayıdacağı tarix isə açıqlanmayıb.

Bu zədələr “Yuventus”un baş məşqçisi Luçano Spaletti üçün əlavə problem yaradıb. Turin klubu cari mövsümdə Kenan Yıldız, Kefren Türam və Manuel Lokatellinin yoxluğu ilə də üzləşib. Fransisko Konseysau çiyin çıxığından sonra bərpa olunur. Ceff Ehatore və Kamil Qrabara da hazırda komandaya kömək edə bilmirlər.

Kadr itkiləri “Yuventus”un hücum xəttində seçim imkanlarını məhdudlaşdırıb. Turin təmsilçisi bazar günü A Seriyasının növbəti turunda səfərdə “Leççe” ilə qarşılaşacaq.







İtaliya S.A.

“Roma” “Cenoa”nı məğlub etdi
  • İtaliya S.A.
  • 01:00 18.10.2026
“Roma” “Cenoa”nı məğlub etdi