- İtaliya S.A.
- 23:59 23.10.2026
“Komо”nun baş məşqçisi Sesk Fabreqas klubdan ayrılmaq barədə heç vaxt düşünmədiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, Fabreqas bu barədə “Football Italia”ya danışıb.İspaniyalı mütəxəssis yarımmüdafiəçi Niko Pasa daim güvənməsinin səbəbini də izah edib.
“Mən heç vaxt ayrılmaq barədə düşünməmişəm. Əgər bu barədə düşünməyə başlasaydım, bəlkə də, burada fəaliyyətim sona çatardı. Amma heç vaxt belə bir fikrim olmayıb”, – deyə o bildirib.
Fabreqas yarımmüdafiəçi Niko Pasa mütəmadi olaraq oyun şansı verməsinin səbəblərinə də toxunub.
“Niko daim motivasiya edilməli olan insan deyil. Onunla nə qədər az danışsanız, bir o qədər yaxşıdır. Onun inanılmaz düşüncə tərzi var. Artıq iki ildən çoxdur birlikdə işləyirik və bu müddətdə o, çox inkişaf edib”, – deyə mütəxəssis vurğulayıb.
İspaniyalı məşqçi Pasın komandanın müdafiə oyununa da böyük töhfə verdiyini qeyd edib.
Fabreqas “Komo”ya rəhbərlik etdikdən sonra komanda İtaliya futbolunun yüksək divizionuna yüksəlib. Daha sonra klub Çempionlar Liqasına vəsiqə qazanıb. Son vaxtlar yayılan xəbərlərdə isə ispaniyalı mütəxəssisin “Barselona”nın baş məşqçisi postuna mümkün namizədlər arasında olduğu bildirilir.