- İtaliya S.A.
- 23:59 23.10.2026
“Yuventus”un sabiq qapıçısı Mikelancelo Rampulla Turin klubunun problemləri barədə danışıb. O, komandada çoxsaylı zədələrin səbəbinin yay hazırlığı ilə əlaqəli ola biləcəyini ehtimal edib.
90deqiqe.Az xəbər verir ki, Rampulla "TMW" radiosunun efirində çıxışı zamanı “Yuventus”un hazırkı heyətində sakitliyin və müdafiəni sığortalaya bilən yarımmüdafiə xəttinin çatışmadığını bildirib.
“Bu “Yuventus”da sakitlik və müdafiəni qoruyan yarımmüdafiəçilər çatışmır. Mövsümün əvvəlində yarımmüdafiə xətti müdafiəçilərə daha yaxşı kömək edirdi. İndi isə zədələr və digər amillər səbəbindən komanda rəqiblərin əks-hücumları qarşısında daha müdafiəsiz qalıb”, – deyə o bildirib.
1992–2002-ci illərdə Turin klubunda çıxış etmiş sabiq futbolçu baş məşqçi Luçano Spalletti barədə də fikirlərini bölüşüb.
“Onun nəyə nail olmaq istədiyini anlamaq çətindir”, – deyə Rampulla qeyd edib.
Zeki Çelik və Nikolas Qonsalesin son zədələrini şərh edən sabiq qapıçı zədələrin sayının mövsümdən mövsümə dəyişdiyini vurğulayıb.
“Bəzi mövsümlərdə zədələr çox, digərlərində isə az olur. Düşünürəm ki, problem mövsümöncəsi hazırlıqla bağlıdır. Çünki hazırlıq başa çatdıqdan sonra oyunlar demək olar ki, dərhal başlayır”, – deyə Rampulla ehtimal edib.
İtaliya çempionatının yeddi turundan sonra “Yuventus” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.