28 yanvar 2026. Çərşənbə

İquain xəstəxanaya aparıldı


İquain xəstəxanaya aparıldı

Dünən axşam A seriyasında “Leççe” yə qarşı səfər matçında (1:1) “Yuventus”un hücumçusu Qonsalo İquain rəqib qapıçı Qabriellə toqquşma zamanı başından xəsarət alıb.

Corner.az xəbər verir ki, bu səbəbdən futbolçunun başına sarğı qoyulub. Buna baxmayaraq, o, meydana qayıdaraq sonadək oynayıb.

Matç başa çatdıqdan sonra isə argentnalı futbolçu tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb.

"Yuventus"un baş məşqçisi Mauriso Sarri oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, İquanin başına tikiş qoyulub: "Onun halı özündədir və suallara cavab verə bilir. Düşünürəm ki, bizimlə Turinə qayıda biləcək". (qol)







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”