25 oktyabr 2026. Bazar günü

“Kontе "Yuventus"a qalib ruhunu qaytara bilər”


“Kontе "Yuventus"a qalib ruhunu qaytara bilər”

“Barselona” və “Yuventus”un sabiq futbolçusu Arturo Vidal italiyalı mütəxəssis Antonio Konte barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, çilili keçmiş futbolçu hesab edir ki, Konte Turin klubuna əvvəlki qələbə əzmini qaytara bilər.

 “Konte taktika baxımından əsl ustadır. “Yuventus” azarkeşlərinin onun qayıtmasını istəməsi təəccüblü deyil. Antonio rəqibləri hər zaman diqqətlə təhlil edir və futbolçularına meydanda nə etməli olduqlarını izah edir. Onun qalib mentaliteti var. Konte “Yuventus”a qələbə ruhunu və kuboklar qazanmaq istəyini qaytara bilər”, – deyə Vidal bildirib.

Qeyd edək ki, Antonio Konte hazırda heç bir komandanı çalışdırmır. Onun son iş yeri “Napoli” olub.







İtaliya S.A.

“Torino” “Monza”nı məğlub etdi
  • İtaliya S.A.
  • 01:41 24.10.2026
“Torino” “Monza”nı məğlub etdi