- İtaliya S.A.
- 19:47 25.10.2026
İtaliya A Seriyasının növbəti turunda “İnter” doğma meydanda “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. Hər iki komanda hücumlar qurmağa çalışsa da, fasiləyə qədər hesab açılmayıb.
Oyunda ilk qolu 65-ci dəqiqədə “Fiorentina”nın futbolçusu Alexandro Ximenes vurub. Bu qoldan sonra “İnter” hesabı bərabərləşdirmək üçün təzyiqi artırıb.
Milan təmsilçisi istəyinə yalnız əsas vaxta əlavə olunmuş dəqiqələrdə çatıb. Markus Türam 90+1-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyini isə Pyotr Zelinski həll edib. O, penalti zərbəsini dəqiq yerinə yetirərək “İnter”ə üç xal qazandırıb.