- İtaliya S.A.
- 19:47 25.10.2026
“İnter”in baş məşqçisi Kristian Kivu İtaliya A Seriyasının 8-ci turunda “Fiorentina” üzərində qazanılan 2:1 hesablı əzmkar qələbəni şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı “DAZN” telekanalına açıqlamasında komandasının oyunundan razı qaldığını bildirib:
“Matça hərtərəfli yaxşı hazırlaşmışdıq, lakin təxminən 27 metrdən vurulan zərbədən sonra qol buraxdıq. Top düz yuxarı küncə düşdü. Komandanı təşkilatlanma, ustalıq və ya qətiyyət çatışmazlığına görə qınaya bilmərəm. Çoxsaylı qol imkanları yaratdıq və sonda istəyimizə çatdıq. Çünki soyuqqanlılığımızı qoruduq və oyunun tələb etdiyi kimi hərəkət etdik”.
Qeyd edək ki, “İnter” Aleks Ximenesin qolundan sonra hesabda geri düşsə də, Markus Türam 90-cı dəqiqədə bərabərlik qolunu vurub. Beş dəqiqə sonra fransalı hücumçu penalti qazanıb. Zərbəni dəqiq yerinə yetirən Pyotr Zelinski komandasına qələbə qazandırıb.bu qələbədən sonra “İnter” 22 xalla turnir cədvəlinə başçılıq edir. “Latsio” əlavə göstəricilərə görə Milan klubundan geri qalır.