- İtaliya S.A.
- 23:39 26.10.2026
İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib və azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
90deqiqe.Az xəbər verir ki, ingiltərəli futbolçu A Seriyasının VIII turunda “Udineze” ilə keçirilən və 2:0 hesabı ilə başa çatan oyunda sol bud əzələsindən zədə alıb.
Loftus-Çik iki həftə sonra yenidən tibbi müayinədən keçəcək. Onun beynəlxalq fasilədən sonra, noyabrın sonunda məşqlərə və oyunlara qayıdacağı gözlənilir.
Beləliklə, yarımmüdafiəçi “Milan”ın zədəli futbolçularının siyahısına qoşulub. Daha əvvəl Moreyra, Salemakers, Gila, Çukvueze, Terraççano, Qabbia və Rabio da zədə səbəbindən komandaya kömək edə bilmirdilər.
“Milan” çərşənbə günü “Bolonya” ilə qarşılaşacaq, şənbə günü isə şəhər rəqibi “İnter”lə derbi matçına çıxacaq. Komanda hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.