27 oktyabr 2026. Çərşənbə axşamı

“Venesiya"nın yeni stadionu 2027/2028 mövsümündə istifadəyə veriləcək


“Venesiya"nın yeni stadionu 2027/2028 mövsümündə istifadəyə veriləcək

“Venesiya” klubu yeni stadionun idarə olunması ilə bağlı yerli hakimiyyət orqanları ilə 40 illik müqavilə imzalayıb.

90deqiqe.Az-ın “TuttoMercatoWeb”ə istinadən məlumatına görə, arenanın 2027/2028 mövsümünün ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Stadionda futbol oyunları ilə yanaşı, konsertlər, festivallar və digər irimiqyaslı tədbirlər də keçiriləcək.

Layihəyə ümumilikdə 125 milyon avro vəsait yatırılacaq. Bu məbləğə stadionda tikinti işlərinin tamamlanması, arenanın saxlanılması və 40 il ərzində ödəniləcək konsessiya haqları daxildir.

Yeni arena uzun illərdir klubun ev oyunlarına ev sahibliyi edən “Pyercuici Penzo” stadionunu əvəz edəcək.

İtaliyanın ən qədim stadionlarından biri hesab olunan hazırkı arena Sant-Elena adasında yerləşir. Stadiona piyada və ya qayıqla çatmaq mümkündür. Məhdud tamaşaçı tutumu və infrastruktur imkanlarının kifayət qədər olmaması isə uzun müddətdir klub üçün çətinlik yaradır.







İtaliya S.A.