- İtaliya S.A.
- 23:53 27.10.2026
“Latsio”nun yarımmüdafiəçisi Reda Belahyane komandanın baş məşqçisi, İtaliya millisinin heyətində dünya çempionu olmuş Cennaro Qattuzonu örnək götürmək istədiklərini bildirib. Qattuzo isə zarafatla cavab verərək, futbolçuların onun oyun tərzini təqlid etməməli olduğunu deyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə DAZN məlumat yayıb.
Qattuzo açıqlamasında bildirib:
“Heyətdə Qattuzo kimi 11 futbolçu olsa, çox şey qazanmaq mümkün deyil! Düşünürəm ki, biz səylə çalışır, komanda birliyi nümayiş etdirir və həm hücumda, həm də müdafiədə kollektiv şəkildə oynayırıq. Eyni ruhda davam etsək, uzağa gedə bilərik. Ancaq həddindən artıq gözəl futbol oynamağa çalışsaq, bir-birimizə kömək etməyi dayandırsaq və ya təvazökarlığımızı itirsək, işimiz çətin olacaq. Sirr də məhz bundadır”.
Qeyd edək ki, İtaliya A Seriyasının IX turunda “Sassuolo” ilə qarşılaşan “Latsio” oyunun 90-cı dəqiqəsindən sonra 6:2 hesabı ilə öndədir.