- İtaliya S.A.
- 23:53 27.10.2026
İtaliya A Seriyasının 2026/2027 mövsümünün IX turu çərçivəsində “Sassuolo” və “Latsio” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, İtaliyanın Recco-Emiliya şəhərində yerləşən “Mapey – Çitta-del-Trikolore” stadionunda keçirilən qarşılaşma qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ikinci dəqiqəsində “Latsio”nun yarımmüdafiəçisi Kennet Teylor hesabı açıb. 7-ci dəqiqədə “Sassuolo”nun yarımmüdafiəçisi Kristian Torstvedt tarazlığı bərpa edib. 13-cü dəqiqədə Qustav İsakson romalıları yenidən önə çıxarıb. Cəmi iki dəqiqə sonra, 15-ci dəqiqədə müdafiəçi Romano Floriani qonaqların üçüncü qolunu vurub.
31-ci dəqiqədə Torstvedt birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 43-cü dəqiqədə hücumçu Sebastiano Esposito “Sassuolo”nun fərqi azaltmasına nail olub. Lakin ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə Mattia Zakanyi “Latsio”nun üstünlüyünü yenidən iki topa çatdırıb.
İkinci hissənin 50-ci dəqiqəsində Zakanyi penalti zərbəsindən yararlana bilməyib. 55-ci dəqiqədə hücumçu Teyani Noslin romalıların beşinci qolunu vurub. 61-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Davide Frattezi də penaltini dəqiq yerinə yetirə bilməyib.
65-ci dəqiqədə Noslin dubl edərək oyunun yekun hesabını müəyyənləşdirib – 6:2.