28 oktyabr 2026. Çərşənbə

Alleqri iki oyunluq diskvalifikasiyaya görə apellyasiya şikayəti verməkdən imtina edib


Alleqri iki oyunluq diskvalifikasiyaya görə apellyasiya şikayəti verməkdən imtina edib

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya qərarından şikayət etməmək qərarına gəlib.  

90deqiqe.Az-ın məlumatına görə, Alleqri “Montsa” ilə oyun öncəsi mətbuat konfransında qərarını zarafatla belə izah edib:

“Bu səhər apellyasiya şikayəti verməkdən imtina etmək qərarına gəldim. Kim bilir, bəlkə də sonda məni iki oyun əvəzinə dörd oyunluq diskvalifikasiya edərdilər”.

Məşqçi ən çox təəssüfləndiyi məqamın diskvalifikasiya deyil, qələbənin əldən verilməsi olduğunu vurğulayıb.

“Əsas təəssüfüm diskvalifikasiya ilə bağlı deyil. Yaxşı oyun keçirməyimizə baxmayaraq, üç xal qazana bilməməyimizə görə təəssüflənirəm. Qalan hər şey sadəcə söhbətdir”.

Qeyd edək ki, o, A Seriyasının “Roma” ilə 3:3 hesablı heç-heçə ilə başa çatan matçında meydandan qovulduqdan sonra cəzalandırılıb.A Seriyasında səkkiz turdan sonra “Napoli” 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.







İtaliya S.A.