28 oktyabr 2026. Çərşənbə

Danilo karyerasını başa vurmağa hazırlaşır


Danilo karyerasını başa vurmağa hazırlaşır

“Yuventus” və “Real”ın sabiq müdafiəçisi Danilo Luisin bir ildən sonra peşəkar futbolçu karyerasını başa vuracağı gözlənilir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hazırda 35 yaşlı braziliyalı müdafiəçi “Flamenqo” ilə yeni, birillik müqavilə imzalamağa hazırlaşır.

“Gözlənilir ki, bu, onun peşəkar futbolçu kimi son mövsümü olacaq”, – deyə Romano bildirib.

Qeyd edək ki, Danilo “Amerika Mineyro” klubunun yetirməsidir. O, karyerası ərzində “Santos”, “Portu”, “Real”, “Mançester Siti” və “Yuventus” kimi klublarda çıxış edib. Futbolçu ötən il “Flamenqo”ya keçib.

Danilo 2011-ci ildən Braziliya millisinə də vaxtaşırı dəvət alır.







İtaliya S.A.