- İtaliya S.A.
- 00:23 29.10.2026
İtaliya çempionatının IX turunda “İnter” doğma meydanda “Venesiya”ya 2:0 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisinin hər iki qolu rəqib futbolçuların avtoqolu nəticəsində qeydə alınıb.
Qarşılaşmanın böyük hissəsində “Venesiya” rəqibin hücumlarının qarşısını almağı bacarıb və müsbət nəticə qazanmaq şansını qoruyub.
Lakin matçın taleyi əsas vaxtın son 10 dəqiqəsində həll olunub.
Belə ki, 80-ci dəqiqədə Matias Moreno topu öz qapısına göndərərək “İnter”in hesabı açmasına səbəb olub. Cəmi iki dəqiqə sonra Reduan Xalal da avtoqol müəllifi olub və Milan klubunun üstünlüyünü iki topa çatdırıb.