29 oktyabr 2026. Cümə axşamı

“Udineze” altı oyunluq məğlubiyyət seriyasına son qoydu


“Udineze” altı oyunluq məğlubiyyət seriyasına son qoydu

İtaliya A Seriyasının IX turunda “Parma” və “Udineze” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Meydan sahibləri qələbə qazanmaq üçün ən yaxşı şanslarını ikinci hissədə əldə ediblər. Belə ki, 69-cu dəqiqədə “Parma” penalti vurmaq hüququ qazanıb. Lakin Adrian Bernabe 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Oyunun taleyini dəyişmək fürsətini əldən verən “Parma” heç-heçə ilə kifayətlənib. “Udineze” isə qapısını toxunulmaz saxlamağı bacararaq bir xal qazanıb.

Qeyd edək ki, bu nəticə “Udineze”nin İtaliya çempionatında ardıcıl altı məğlubiyyətdən ibarət seriyasına son qoyub.







İtaliya S.A.

“Belə oynamağa haqqımız yoxdur”
  • İtaliya S.A.
  • 01:00 29.10.2026
“Belə oynamağa haqqımız yoxdur”