- İtaliya S.A.
- 01:00 29.10.2026
“Cenoa”nın baş məşqçisi Daniele De Rossi “Yuventus”a rəhbərlik edən Luçano Spallettini futbolçu karyerası ərzində altında çıxış etdiyi ən yaxşı məşqçi hesab etdiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” mütəxəssisin fikirlərini belə çatdırıb:
“Atamdan sonra mənə ən çox bilik verən şəxs o olub və məşqçi olmağa da məni o ruhlandırıb. O, həmişə mənə yaxın olub. Onu görəndə sadəcə peşə həmkarı kimi deyil, dostum kimi qəbul edirəm. Birlikdə möhtəşəm illər keçirmişik.
O, karyeram ərzində altında oynadığım ən yaxşı məşqçidir. Soyunub-geyinmə otağında sərt idi, amma ictimaiyyət qarşısında həmişə bizi müdafiə edirdi. Məşqçi olmağa qərar verməyimdə məhz bu amil mühüm rol oynadı”.
De Rossinin rəhbərliyi altında çıxış edən “Cenoa” 7 xalla İtaliya A Seriyasının turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.