- İtaliya S.A.
- 01:00 29.10.2026
“Milan”ın baş məşqçisi Ruben Amorim İtaliya çempionatının doqquzuncu turunda “Bolonya”ya 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” nəşri Amorimin sözlərini belə çatdırıb.
“Özümə bəraət qazandırmaq istəmirəm. Hər uğursuz nəticədən sonra elə görünür ki, gəlib burada izahat verməliyəm. Studiyada istədiyinizi danışa bilərsiniz. Fakt dəyişmir: biz öz meydanımızda 2:4 hesabı ilə uduzduq. Bunun hansı şəraitdə baş verməsinin əhəmiyyəti yoxdur. Biz “Milan”ıq və belə hallara yol verə bilmərik. İndi növbəti oyunda qələbə qazanmağa çalışacağıq”
Qeyd edək ki, oktyabrın 31-də “Milan” “İnter”lə qarşılaşacaq. “Neradzurri” 25 xalla turnir cədvəlinə liderlik edir. Eyni xala “Latsio” da sahibdir. “Milan” isə 18 xalla beşinci pillədə qərarlaşıb.