30 oktyabr 2026. Cümə

“Frozinone” “Leççe”ni darmadağın etdi


“Frozinone” “Leççe”ni darmadağın etdi

İtaliya çempionatının IX turunda “Frozinone” doğma meydanda “Leççe” ilə qarşılaşıb.  

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 25-ci dəqiqədə Matteo Çikella açıb. Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə Cakomo Kalo penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb – 2:0.

Fasilədən sonra da hücumlarını davam etdirən meydan sahibləri 59-cu dəqiqədə Antonio Raymondonun qolu ilə üstünlüklərini artırıblar. 72-ci dəqiqədə Daniel Bırlıca növbəti qola imza ataraq hesabı darmadağın həddinə çatdırıb.

Daha sonra “Frozinone”nin futbolçusu Joel Monteyru da fərqlənib. Görüşdə son nöqtəni isə dublunu rəsmiləşdirən Daniel Bırlıca qoyub.

Beləliklə, “Frozinone” İtaliya çempionatının IX turunda inamlı qələbə qazanıb.







İtaliya S.A.

“Belə oynamağa haqqımız yoxdur”
  • İtaliya S.A.
  • 01:00 29.10.2026
“Belə oynamağa haqqımız yoxdur”