30 oktyabr 2026. Cümə

“Milan” və “İnter” yeni stadion layihəsini təqdim ediblər


“Milan” və “İnter” yeni stadion layihəsini təqdim ediblər

İtaliyanın “Milan” və “İnter” futbol klubları yeni ev stadionları olacaq “Generali Stadium” layihəsini ictimaiyyətə təqdim ediblər.

90deqiqe.Az-ın məlumatına görə, yeni arenanın 71 500 tamaşaçı tutumuna malik olması nəzərdə tutulur.

Stadion futbolun ənənəvi atmosferini qorumaqla yanaşı, azarkeşlərə müasir və yüksək səviyyəli təcrübə təqdim etmək məqsədilə layihələndirilib. Layihənin əsas memarlıq xüsusiyyətləri sırasında X formalı konstruksiya və ikiqat əyri dam örtüyü yer alır.

“Generali Stadium”un Milan şəhərinin yeni memarlıq simvollarından birinə çevrilməsi hədəflənir. Stadionun inşası hər iki klubun uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

“La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “Generali” sığorta şirkəti ilə tərəfdaşlıq çərçivəsində hər iki klubun təxminən 20 il ərzində əldə edəcəyi ümumi gəlirin 650 milyon avro olacağı gözlənilir.

Bundan əlavə, “Generali” hər iki klubun rəsmi sığorta tərəfdaşı olacaq. Bununla belə, şirkət beynəlxalq oyunlar zamanı stadionun ad hüququndan istifadə edə bilməyəcək.

Qeyd edək ki, “Generali Stadium”un tikintisinə 2028-ci ildə başlanılması planlaşdırılır.







İtaliya S.A.

“Belə oynamağa haqqımız yoxdur”
  • İtaliya S.A.
  • 01:00 29.10.2026
“Belə oynamağa haqqımız yoxdur”