30 oktyabr 2026. Cümə

“Komandanı qurmaq üçün vaxt lazımdır”


“Komandanı qurmaq üçün vaxt lazımdır”

“Milan”ın baş məşqçisi Ruben Amorim klubun sahibi Cerri Kardinaleyə dəstəyinə görə təşəkkür edib.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, mütəxəssis rəqabətədavamlı və yaxşı anlaşan kollektiv formalaşdırmaq üçün komandaya vaxt lazım olduğunu etiraf edib.

“Kardinalenin dəstəyini yüksək qiymətləndirirəm. Biz başa düşürdük ki, bu qədər problemlə bir mövsüm ərzində möhkəm təməl qura bilməyəcəyik. Bunun üçün vaxt lazımdır. Bununla belə, hər oyunda qalib gəlmək istəyirik. Məğlub olanda bunu çox ağır keçiririk.

Komanda qurmaq və lazımi səviyyəyə çatmaq üçün bizə vaxt lazımdır. Yaxşı işlər vaxt tələb edir. Amma bu, məğlubiyyətlərin ağrısını aradan qaldırmır. Bu hiss heç yerə yoxa çıxmır”, – deyə Amorim bildirib.

Qeyd edək ki, oktyabrın 31-də “Milan” şəhərin digər təmsilçisi “İnter”lə derbi matçında qarşılaşacaq.







İtaliya S.A.

“Belə oynamağa haqqımız yoxdur”
  • İtaliya S.A.
  • 01:00 29.10.2026
“Belə oynamağa haqqımız yoxdur”