5 dekabr 2025. Cümə

Roma Milan'ı məğlub etdi, Latsio'dan qələbə


Roma Milan'ı məğlub etdi, Latsio'dan qələbə

İtaliya A Seriyasında 9-cu turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib. 

SPAL – “Napoli” və “Torino” – “Kalyari” matçlarında qalib müəyyənləşməyib.

“Bolonya” “Sampdoriya”nı, “Atalanta” isə “Udineze”ni məğlub edib. “Fiorentina” öz meydanında “Latsio”ya məğlub olub.

Turun mərkəzi oyunu paytaxt Romada baş tutub. Roma öz doğma meydanında “Milan”ı qəbul edib. Üç qolun qeydə alındığı matçda “canavarlar” qələbə qazanıb.

İtaliya A Seriyası
9-cu tur

25 oktyabr

Verona – Sassuolo 0:1
Qol: Dyuriçiç, 50.

26 oktyabr

Leççe – Yuventus 1:1
Qol: Mankosu, 56-pen – Dibala, 50-pen.

İnter – Parma 2:2
Qol: Kandreva, 23. Lukaku, 51 – Karamo, 26. Jervinyo, 30.

Breşiya – Cenoa 3:1
Qol: Aqudelo, 66. Kouame, 75. Pandev, 79 – Tonali, 34.

27 oktyabr

Bolonya – Sampdoriya 2:1
Qol: Palasio, 48. Bani, 78 – Qabbyadini, 64.

Atalanta – Udineze 7:1
Qol: İliçiç, 21; 43. Muriel, 35; 48; 75-pen. Paşaliç, 52. Traore, 83 – Okaka, 12.

SPAL – Napoli 1:1
Qol: Kurtiç, 16 – Milik, 9.

Torino – Kalyari 1:1
Qol: Zaza, 69 – Nandez, 40.

Roma – Milan 2:1
Qol: Dzeko, 38. Zaniolo, 59 – T.Hernandes, 55.

Fiorentina – Latsio 1:2
Qol: Kyeza, 28 – Korrea, 22. İmmobile, 89.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”