31 oktyabr 2026. Şənbə

“Bu, həqiqətən də xüsusi qarşılaşmadır”


“Bu, həqiqətən də xüsusi qarşılaşmadır”

“Milan”ın baş məşqçisi Ruben Amorim oktyabrın 31-də “İnter”lə keçiriləcək derbi barədə gözləntilərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə “Football Italia”ya açıqlamasında bildirib.

“Bu, unikal rəqabətdir. Eyni zamanda, klublar arasında dərin bağlılıq var: bir şəhərin iki böyük komandası eyni stadiondan istifadə edir. Düşünmürəm ki, dünyanın başqa bir yerində belə vəziyyətə rast gəlmək mümkün olsun. Bu, həqiqətən də xüsusi bir hadisədir”

Portuqaliyalı mütəxəssis azarkeşlərin həvəsinin və qələbə məsuliyyətinin ona öz ölkəsini xatırlatdığını qeyd edib:

“Qələbə məsuliyyəti hissi və azarkeşlərin coşqusu Portuqaliyada yaşadıqlarımıza çox bənzəyir. Buradakı futbol mədəniyyəti Portuqaliya mədəniyyətinə daha yaxındır. İngiltərədə hər şey bir qədər fərqlidir. Orada da ciddi mübarizə gedir, amma rəqabət daha çox idman xarakteri daşıyır. Burada isə latın temperamentini hiss etmək mümkündür.

Hər kəs bu oyunun nə qədər xüsusi və vacib olduğunu anlayır. Meydana çıxanda hansı şəraitdə olmağının və nə qədər yorğun olmağının artıq əhəmiyyəti qalmır. Bütün gücünü ortaya qoymalısan və biz də bunu edəcəyik”.

Qeyd edək ki, İtaliya A Seriyasının 10-cu turu çərçivəsində baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. “İnter” 25 xalla turnir cədvəlinə liderlik edir. “Milan” isə 18 xalla beşinci pillədə qərarlaşıb.







İtaliya S.A.

“Belə oynamağa haqqımız yoxdur”
  • İtaliya S.A.
  • 01:00 29.10.2026
“Belə oynamağa haqqımız yoxdur”