- İtaliya S.A.
- 00:27 31.10.2026
“İnter”in müdafiəçisi Manuel Akanji “Milan”la qarşılaşma öncəsi komandasının hazırlığı və cari mövsümdə buraxdığı səhvlər barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, isveçrəli futbolçu “Sky Sport Italia”ya açıqlamasında derbidə əsas hədəflərinin qələbə qazanmaq olduğunu bildirib.
“Fiziki baxımdan yorğunluq hiss etmirəm. Əvvəlki oyunda bir qədər dincəlmək imkanım oldu. Məqsədimiz qələbə qazanmaqdır və “Milan”la matçda da əsas hədəfimiz dəyişmir. Ümid edirəm ki, istəyimizə çatacağıq”
Müdafiəçi “İnter”in cari mövsümdə bəzi oyunlara hesabda geridə başlamasına da münasibət bildirib. Onun sözlərinə görə, komanda bu cür səhvlərə, xüsusilə də güclü rəqiblərlə qarşılaşmalarda yol verməməlidir.
“Bunun səbəbini izah etmək asan deyil. Matçlara pis başladığımızı deməzdim, lakin bəzən səhvlərə yol verir və qol buraxırıq. Buna imkan verməməliyik. Bəzən rəqiblər yaratdıqları qol imkanlarından yararlana bilmədikləri üçün bu səhvlərimiz cəzasız qalır.
“Milan”la oyuna belə başlaya bilmərik. Rəqibə asan qollar vurmaq imkanı verməməliyik. Onların fərqlənmək üçün xeyli səy göstərməsi lazım gələcək”, – deyə futbolçu vurğulayıb.
Qeyd edək ki, “İnter” 25 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. 18 xalı olan “Milan” isə beşinci pillədə qərarlaşıb. Komandalar oktyabrın 31-də üz-üzə gələcəklər.