1 noyabr 2026. Bazar günü

“İnter” və “Roma”nın sabiq futbolçusunu iki ilədək həbs cəzası gözləyir


“İnter” və “Roma”nın sabiq futbolçusunu iki ilədək həbs cəzası gözləyir

Belçika millisinin sabiq futbolçusu Radja Naynqolan iki ilədək azadlıqdan məhrum edilə bilər.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Brüssel prokurorluğu “İnter” və “Roma”nın sabiq yarımmüdafiəçisi üçün məhz bu cəzanın verilməsini tələb edir.

İstintaqın iddiaları ümumilikdə 105,5 min avro məbləğində maliyyə köçürmələri ilə bağlıdır. İttiham tərəfinin versiyasına əsasən, həmin vəsaitlər Cənubi Amerikadan Avropaya kokain tədarükündə şübhəli bilinən qruplaşma ilə əlaqəli olub.

Naynqolana narkotiklərin yayılması deyil, yalnız çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Prokurorluq, həmçinin belçikalı futbolçunun 105 min avro məbləğində cərimələnməsini tələb edir.

Naynqolan isə maliyyə əməliyyatları apardığı şəxsin cinayət fəaliyyəti barədə məlumatlı olmadığını bildirir. Futbolçunun vəkilləri noyabrın 13-də məhkəmədə çıxış edəcəklər.







İtaliya S.A.