1 noyabr 2026. Bazar günü

“Roma” səfərdə “Udineze”yə qalib gəldi


“Roma” səfərdə “Udineze”yə qalib gəldi

İtaliya A Seriyasının 10-cu turunda “Roma” səfərdə “Udineze”ni 4:2 hesabı ilə məğlub edib.  

90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi ilk hissədə dörd qol vursa da, meydan sahibləri fasilədən sonra iki dəfə fərqləniblər.

Qonaqlar qarşılaşmaya fəal başlayıblar və artıq 10-cu dəqiqədə hesabı açıblar. Brayan Kristante “Roma”nı önə keçirib. 31-ci dəqiqədə Rodriqu Mora fərqi artırıb, cəmi üç dəqiqə sonra isə Doniell Malen hesabı 3:0-a çatdırıb.

37-ci dəqiqədə Evan Ndika “Roma”nın dördüncü qolunu vurub. Beləliklə, komandalar fasiləyə paytaxt təmsilçisinin dörd top fərqli üstünlüyü ilə yollanıblar.

İkinci hissədə “Udineze” hesab arasındakı fərqi azaltmağa çalışıb. 50-ci dəqiqədə Nikolo Zanyolonun qolu ilə meydan sahibləri hesabda fərqi azaldıblar. 78-ci dəqiqədə Matteo Palma daha bir qol vuraraq hesabı 2:4 edib. Lakin “Udineze” bundan artığına nail ola bilməyib.

Bu nəticədən sonra “Udineze”nin İtaliya A Seriyasında qələbəsiz oyunlar seriyası səkkiz matça çatıb.







İtaliya S.A.