1 noyabr 2026. Bazar günü

“Qələbə qazanmağın yeganə yolu rəqibdən daha çox istəməkdir”


“Qələbə qazanmağın yeganə yolu rəqibdən daha çox istəməkdir”

“Yuventus”un baş məşqçisi Luçano Spalletti “Napoli” ilə ev oyunu öncəsi mətbuat konfransında iştirak edib. 

90deqiqe.Az-ın məlumatına görə, Spalletti azarkeşlərin komandadan gözlədiyi mübarizəni və oyunu görmək istədiyini bildirib.

“Ümid edirəm ki, azarkeşlərin görmək istədiyi mənzərənin şahidi olacağam: onların layiq olduğu şəkildə çalışan və oynayan komanda. Matçlarda qalib gəlməyin yalnız bir yolu var – qələbəni rəqibdən daha çox istəmək. Bütün digər yollar məğlubiyyətə aparır”

Spalletti oxşar vəziyyətlərlə daha əvvəl də qarşılaşdığını vurğulayıb:

“Mən bir neçə klubda belə vəziyyətlə üzləşmişəm. Titullar uğrunda mübarizə aparan komandalara rəhbərlik etmək şansım olub. Həmçinin turnir cədvəlində vəziyyəti düzəltmək üçün həmin klublara dəvət aldığım vaxtlar da olub”.

Qeyd edək ki, İtaliya A Seriyasının 10-cu turu çərçivəsində keçiriləcək qarşılaşma gələn bazar günü baş tutacaq. Turin təmsilçisi ötən turda “Cenoa”ya 0:2 hesabı ilə uduzub.“Yuventus” və “Napoli”nin hər birinin aktivində 14 xal var. Komandalar turnir cədvəlində müvafiq olaraq 8-ci və 7-ci yerlərdə qərarlaşıblar.







İtaliya S.A.