1 noyabr 2026. Bazar günü

“Milan” derbidə “İnter”i məğlub edib


“Milan” derbidə “İnter”i məğlub edib

İtaliya A Seriyasının 10-cu turunda “Milan” və “İnter” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “San-Siro” stadionunda (Cüzeppe Meatsa) oynanılan matçda “Milan” 3:1 hesablı qələbə qazanıb. Görüşün baş hakimi Marko Qvida olub.

“Rossoneri”nin heyətində Kristian Pulişiç 4-cü dəqiqədə hesabı açıb. Adrien Rabyo 10-cu dəqiqədə fərqi iki topa çatdırıb. “İnter”in müdafiəçisi Alessandro Bastoni 22-ci dəqiqədə bir qolun əvəzini çıxıb. Diequ Moreyra isə 43-cü dəqiqədə “Milan”ın üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

İtaliya çempionatında keçirdiyi doqquz oyundan sonra “İnter” 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Milan” isə 21 xalla dördüncü yerdədir.

Növbəti matçında “Milan” noyabrın 8-də səfərdə “Cenoa” ilə qarşılaşacaq. “İnter” də həmin gün doğma meydanda “Komo”nu qəbul edəcək.







İtaliya S.A.