1 noyabr 2026. Bazar günü

“Biz komanda kimi oynadıq”


“Biz komanda kimi oynadıq”

“İnter”i Milan derbisində 3:1 hesabı ilə məğlub edən “Milan”ın müdafiəçisi Koni de Vinter qələbəni şərh edib.  

90deqiqe.Az-ın məlumatına görə, müdafiəçi “TeleLombardia”ya müsahibəsində komanda oyununun qələbədə mühüm rol oynadığını bildirib:

“Biz komanda kimi oynadıq. Bu matçda qalib gələ bildiyimiz üçün çox şadam. Qələbə qazana biləcəyimizi bilirdik və bunu bacardıq. Hamımız diqqətimizi oyuna yönəltdikdə çox yaxşı çıxış edə bilirik”.

De Vinter “Milan”ın sahibi Cerri Kardinalenin derbidən sonra göz yaşları içində görünməsinə və futbolçuları qalib adlandırmasına da münasibət bildirib:

“Bu, xoş hissdir. Belə matçların nə qədər vacib olduğunu anlayırsan. Tribunlardan gələn emosiyalar meydanda da hiss olunur”.

Qeyd edək ki, “İnter” artıq səkkiz oyundur “Milan” üzərində qələbə qazana bilmir. Komanda 25 xalla turnir cədvəlinə başçılıq edir. “Milan” isə 21 xalla dördüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

“Biz komanda kimi oynadıq”
  • İtaliya S.A.
  • 17:22 01.11.2026
“Biz komanda kimi oynadıq”