- İtaliya S.A.
- 17:33 01.11.2026
İtaliya A Seriyasının 10-cu turunda “Komo” doğma meydanda “Venesiya”ya minimal hesabla qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Komo” hesabı fasiləyə az qalmış açıb. Matçın 43-cü dəqiqəsində Lukas Da Kunya penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib. Görüşün qalan bölümündə hesab dəyişməyib və yarımmüdafiəçinin qolu qələbə üçün kifayət edib.
Bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran “Komo” turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib.
“Venesiya”nın vəziyyəti isə çətin olaraq qalır. On turdan sonra cəmi üç xalı olan komanda A Seriyasının sonuncu – 20-ci pilləsində qərarlaşıb.