1 noyabr 2026. Bazar günü

“Futbolda qalib gəlmək çox çətindir”


“Futbolda qalib gəlmək çox çətindir”

“Komо”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının 10-cu turunda “Venesiya” üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.  

90deqiqe.Az-ın məlumatına görə, Fabreqas “DAZN” telekanalına müsahibəsində qələbənin əhəmiyyətindən danışıb:

“Meydanda heç nə asanlıqla əldə olunmur. Bu gün bu qələbənin nə qədər dəyərli olduğunu gördük. Səfərdə çoxlu oyun keçirmişik. Bacardığımız işi yüksək qiymətləndirirəm və bunu adi hal kimi qəbul etmək olmaz. Futbolda qalib gəlmək çox çətindir, bunu hər həftə görürəm. Bugünkü matç bizim üçün prinsipial əhəmiyyət daşıyırdı.

“Venesiya” qapımıza cəmi bir zərbə endirdi. Rəqibə demək olar ki, heç nə yaratmağa imkan vermədik. Futbolçularımız belə sıx qrafikə – oyunların bir-birinin ardınca keçirilməsinə öyrəşməyiblər. Demək olar ki, məşq etmirik, amma bu düşüncə tərzinə sadiq qalmalıyıq”.

Qeyd edək ki, görüşdə yeganə qolu ilk hissədə penaltini dəqiq yerinə yetirən Lukas Da Kunya vurub. bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran “Komo” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Roma”nın 24, “Latsio” və “İnter”in isə hərəyə 25 xalı var.







İtaliya S.A.

“Biz komanda kimi oynadıq”
  • İtaliya S.A.
  • 17:22 01.11.2026
“Biz komanda kimi oynadıq”