23 oktyabr 2024. Çərşənbə

Riberini ağır cəza gözləyir - hakimi itələdi


Riberini ağır cəza gözləyir - hakimi itələdi

“Fiorentina”nın futbolçusu Frank Riberiyə ağır cəza verilə bilər.

Corner.az-ın İtaliya mətbuatına istinadən xəbərinə görə, buna səbəb 36 yaşlı yarımmüdafiəçinini A Seriyasının 9-cu turunda evdə “Latsio”ya məğlub olduqları oyundan (1:2) sonra köməkçi hakimi itələməsi olub.

Matçın 89-cu dəqiqəsində qonaqların 2-ci qolu zamanı fransalı futbolçu baş hakimin qərarından narazı qalıb və bunu yan xətt hakiminə həddən artıq emosional şəkildə bildirib. Həta iki dəfə hakimi itələyib. O, buna görə qırmızı vərəqə də alıb. 

İtaliya mətbuatı iddia edir ki, təcrübəli futbolçuya bu hərəkətinə görə bir neçə oyunluq cəza veriləcək.

Qeyd edək ki, F. Riberi bu mövsüm Florensiya klubunun heyətində 8 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.(qol)








İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"