2 noyabr 2026. Bazar ertəsi

“Cenoa” səfərdə “Leççe”ni məğlub edib


“Cenoa” səfərdə “Leççe”ni məğlub edib

İtaliya A Seriyasının 10-cu turunda “Cenoa” səfərdə “Leççe”yə 2:1 hesabı ilə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə hər üç qol ilk hissədə vurulub.

Qonaqlar matçın 11-ci dəqiqəsində Milutin Osmaicin qolu ilə hesabı açıblar. 28-ci dəqiqədə Junior Messias fərqi iki topa çatdıraraq “Cenoa”nın üstünlüyünü artırıb.

Lakin meydan sahibləri fasiləyə qədər fərqi azaltmağa nail olublar. Yussef Male 40-cı dəqiqədə qol vuraraq hesabı 1:2 edib.

İkinci hissədə “Leççe” bərabərlik qolunu vurmağa çalışsa da, görüşün nəticəsi dəyişməyib və “Cenoa” səfərdən üç xalla qayıdıb.







İtaliya S.A.

“Biz komanda kimi oynadıq”
  • İtaliya S.A.
  • 17:22 01.11.2026
“Biz komanda kimi oynadıq”