2 noyabr 2026. Bazar ertəsi

Stefano Pioli Modriç və Ramuş barədə danışdı


Stefano Pioli Modriç və Ramuş barədə danışdı

“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli meydandakı passiv oyununa görə tənqid olunan portuqaliyalı hücumçu Qonsalu Ramuş barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis tənqidçilərlə razılaşmadığını və Ramuşun komanda üçün vacib taktiki rol oynadığını bildirib.

“Luka Modriç yaşına baxmayaraq, hələ də güc doludur. Qonsalu Ramuş isə komanda üçün əla işləyir və taktiki baxımdan çox savadlı futbolçudur”, – deyə Piolinin sözlərini “pianetamilan.it” sitat gətirib.

Xatırladaq ki, Qonsalu Ramuş daha əvvəl Fransanın PSJ klubunda çıxış edib. Stefano Pioli isə 2024-cü ildə “Milan”dan ayrılıb.

 







İtaliya S.A.

“Biz komanda kimi oynadıq”
  • İtaliya S.A.
  • 17:22 01.11.2026
“Biz komanda kimi oynadıq”