- İtaliya S.A.
- 22:10 02.11.2026
“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli komandanın ötən həftəsonu “İnter” üzərində qazandığı qələbə barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis derbidə “Milan”ın uğurlu çıxış etdiyini və qələbədə qapıçı Mayk Menyanın parlaq seyvinin böyük rol oynadığını bildirib.
““Milan” derbidə əla oyun keçirdi. Bu, böyük ölçüdə Mayk Menyanın möhtəşəm seyvi sayəsində mümkün oldu. Optimal heyətlə komanda həqiqətən güclü görünür. Bir sıra əvəzetmələrdən sonra isə oyunun onlar üçün çətinləşməsi təbii idi.
Hazırkı səviyyəyə çatmaq üçün vaxt lazım oldu. Çox güman ki, bəzi futbolçular yayda kluba fiziki problemlərlə gəliblər. Oyun ritmini və lazımi fiziki formanı bərpa etmək isə səbir tələb edir. İndi meydandakı nəticələr bunu aydın şəkildə göstərir”, – deyə Piolinin sözlərini “pianetamilan.it” sitat gətirib.
Xatırladaq ki, Stefano Pioli 2019-2024-cü illərdə “Milan”a rəhbərlik edib.