- İtaliya S.A.
- 00:39 03.11.2026
İtaliya A Seriyasının 10-cu turunda “Fiorentina” səfərdə “Sassuolo”nu 4:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, gərgin və bolqollu keçən qarşılaşmada komandalar növbə ilə hesabda önə keçsələr də, son sözü qonaqlar deyiblər.
Matçın 25-ci dəqiqəsində Armand Loriente “Sassuolo”nu hesabda önə çıxarıb. Meydan sahibləri üstünlüyü ilk hissənin əlavə vaxtına qədər qoruyublar. Lakin Mateo Pelleqrino fasilə ərəfəsində hesabı bərabərləşdirib.
İkinci hissənin əvvəlində təşəbbüsü ələ alan “Fiorentina” 50-ci dəqiqədə Alyo Njiyenin qolu ilə önə keçib. “Sassuolo” isə 66-cı dəqiqədə Lorientin dublu sayəsində yenidən hesabı bərabərləşdirib.
Qarşılaşmanın taleyi 79-cu dəqiqədə həll olunub. Franko Mastantuono “Fiorentina”nın üçüncü qolunu vurub. Görüşdə son nöqtəni isə Viktor Valdepenyas qoyub.