3 noyabr 2026. Çərşənbə axşamı

“Milan"dakı bütün qərarları Zlatan İbrahimoviç verir”


“Milan"dakı bütün qərarları Zlatan İbrahimoviç verir”

İtaliyalı sabiq futbolçu, hazırda isə futbol eksperti kimi fəaliyyət göstərən Antonio Kassano “Viva el Futbol” proqramında “Milan”ın idarəçiliyində Zlatan İbrahimoviçin rolu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “pianetamilan.it” nəşrinə istinadən məlumatına görə, Kassanonun fikrincə, hazırda “Milan”da əsas söz sahibi məhz isveçli mütəxəssisdir. O, klubun sahibi Cerri Kardinalenin olmadığı vaxtlarda bütün qərarların İbrahimoviç tərəfindən verildiyini iddia edib.

“Klubun sükanı arxasında dayanmış şəxs, açıq-aydın, diqqət mərkəzində olmağa can atmır və ictimaiyyət qarşısına da çıxmır. Çünki bunlar onun üçün heç bir əhəmiyyət daşımır.

Unutmayaq ki, Kardinale klubda olmadığı zaman bütün işləri İbrahimoviç idarə edir. Qərarları məhz o verir, səlahiyyətlər onun əlindədir və hər şeyə nəzarət edir. Baş məşqçiyə gəlincə, görəsən, onu kim seçir? İbrahimoviç!”

Qeyd edək ki, İtaliya A Seriyasının növbəti turunda “Milan” “Cenoa” ilə qarşılaşacaq.







İtaliya S.A.