- İtaliya S.A.
- 22:10 03.11.2026
İtaliyanın “İnter” klubu müdafiəçisi Federiko Dimarkonun müqaviləsinin müddətini 2028-ci ilin iyun ayınadək uzatmaq variantından istifadə edib.
90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisi futbolçu ilə yeni uzunmüddətli müqavilə imzalamaq niyyətindədir. Tərəflər arasında bununla bağlı görüşlərin keçirilməsi də planlaşdırılıb.
Federiko Dimarko 2018-ci ilin iyulundan “İnter”in formasını geyinir. 28 yaşlı müdafiəçinin transfer dəyəri 50 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, futbolçu cari mövsümdə İtaliya çempionatında 10 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.