3 noyabr 2026. Çərşənbə axşamı

“Hazırda ən böyük arzum ‘Mançester Yunayted’ə qalib gəlməkdir”


“Hazırda ən böyük arzum ‘Mançester Yunayted’ə qalib gəlməkdir”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”lə keçiriləcək qarşılaşma öncəsi jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis hazırda əsas arzusunun qarşıdakı oyunda qələbə qazanmaq olduğunu bildirib.

 “Mən yaxın perspektivdə həyata keçirə biləcəyim arzulara fokuslanmağa üstünlük verirəm. Bu, bütün dünyada tanınan möhtəşəm stadionda keçiriləcək məhz bu qarşılaşmadan başlayır”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Roma” oyunu noyabrın 3-də İngiltərədə keçiriləcək. Bakı vaxtı ilə noyabrın 4-də saat 00:00-da başlayacaq.







İtaliya S.A.