- İtaliya S.A.
- 23:31 06.11.2026
“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo A Seriyasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
90deqiqe.Az-ın məlumatına görə, romalılar Qattuzonun rəhbərliyi altında ötən ay çempionat çərçivəsində keçirdikləri dörd oyunun hamısında qələbə qazanıblar.
“Latsio” əvvəlcə “Monza”nı 3:1 hesabı ilə məğlub edib, daha sonra səfərdə “Yuventus”u 3:0 hesabı ilə darmadağın edib. Paytaxt təmsilçisi “Parma” üzərində 2:1, səfərdə “Sassuolo”ya qarşı isə 6:2 hesablı qələbə qazanıb.
A Seriyasında 10 turdan sonra Qattuzonun komandası doqquz qələbə və bir heç-heçə ilə turnir cədvəlinə başçılıq edir. “Latsio” çempionatda hələ məğlub olmayan iki klubdan biridir.
Qeyd edək ki, bu, 2021/2022 mövsümündə təsis edilən mükafatın təqdim olunmasından sonra Qattuzonun A Seriyasında ilk dəfə ayın ən yaxşı məşqçisi seçilməsidir.