- İtaliya S.A.
- 23:31 06.11.2026
“Napoli”nin kapitanı Covanni Di Lorenso A Seriyasının 11-ci turunda “Latsio”ya qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
90deqiqe.Az-ın “TuttoMercatoWeb”ə istinadən məlumatına görə, tibbi müayinə 33 yaşlı müdafiəçinin sol budunun uzunlaşdırıcı əzələsində zədə aşkarlayıb.
Futbolçu artıq bərpa prosesinə başlayıb. Onun yaşıl meydanlara qayıdacağı tarix hələ məlum deyil.
Di Lorensonun zədələnməsi ilə “Napoli”nin xəstəxanasındakı futbolçuların sayı artıb. Hazırda Stanislav Lobotka, Alessandro Buoncorno, Benua Badyasil, Leonardo Spinatsola, David Neres, Kostantino Favasuli və Alisson Santos da zədədən əziyyət çəkirlər.
Bununla yanaşı, Mattias Olivera tam məşqlərə qayıdıb və qarşıdakı görüşdə iştirak edə biləcək.
Qeyd edək ki, “Napoli” – “Latsio” qarşılaşması noyabrın 8-də, bazar günü keçiriləcək.