- İtaliya S.A.
- 01:45 08.11.2026
İtaliya A Seriyasının XI turunda “Bolonya” səfərdə “Parma”nı 2:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın 9-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Abdullaye Ndiaye qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, qonaqlar hesabı yalnız ikinci hissədə aça biliblər. 53-cü dəqiqədə Artür Teat fərqlənib.
72-ci dəqiqədə Rikardo Orsolini penaltini dəqiq yerinə yetirərək “Bolonya”nın üstünlüyünü iki topa çatdırıb. “Parma” 81-ci dəqiqədə Vensan Syeronun penaltidən vurduğu qolla fərqi azaltsa da, hesabı bərabərləşdirə bilməyib.
Beləliklə, “Bolonya” çətin səfər matçından üç xalla ayrılıb.