8 noyabr 2026. Bazar günü

“Napoli” prezidentindən Alleqrinin mətbuat konfransına gözlənilməz qadağa


“Napoli” prezidentindən Alleqrinin mətbuat konfransına gözlənilməz qadağa

“Napoli” klubunun prezidenti Aurelio De Laurentis baş məşqçi Massimiliano Alleqrinin mətbuat konfransını başlamasına 10 dəqiqə qalmış ləğv etdiyini təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, De Laurentis sosial şəbəkə hesabında qərarını belə izah edib:

“Napoli”də heç bir münaqişə yoxdur. Hər üç gündən bir oyun keçirdiyimizi nəzərə alaraq, hər matçdan əvvəl mətbuat konfransı keçirməyi zəruri hesab etmədiyim üçün onu ləğv etmək qərarına gəldim.

Hazırda komanda təlim-məşq toplanışındadır. Futbolçuların oyuna köklənməsi üçün diqqəti yayındıran bütün amilləri aradan qaldırmalıyıq. Belə şəraitdə komandanı tamamilə kənar təsirlərdən qorumaq lazımdır”.

De Laurentisin açıqlamasına baxmayaraq, baş verən hadisə onun Alleqrinin işindən narazı olması ilə bağlı müzakirələri daha da gücləndirə bilər.

Bununla belə, funksioner klub daxilində heç bir fikir ayrılığının olmadığını vurğulayıb.

Neapol təmsilçisi cümə günü A Seriyasının lideri “Latsio” ilə bazar günü keçiriləcək oyun öncəsi təlim-məşq toplanışına yollanıb. Komanda bundan əvvəl ardıcıl iki məğlubiyyət alıb. “Napoli” əvvəlcə “Yuventus”a, daha sonra isə Çempionlar Liqasında “Portu”ya 1:4 hesabı ilə uduzub.







İtaliya S.A.